Digər

Keçmiş prezidentin oğluna hökm oxundu

08 Oct 2026, 12:45 2 baxış
Keçmiş prezidentin oğluna hökm oxundu

Qırğızıstanın Sosial-Demokrat Partiyasının lideri, keçmiş prezident Almazbek Atambayevin oğlu Kadır Atambayev dörd il müddətinə azadlıqdan məhrum edilib.


Axar.az xəbər verir ki, bu barədə Bişkekin Pervomaysk rayon məhkəməsi qərar qəbul edib.


“Kadır Atambayev müsadirə edilməklə dörd il müddətinə azadlıqdan məhrum edilib”, - məhkəmənin qərarında bildirilib.


Kadır Atambayev hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunurdu.


Qeyd edək ki, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev şərti olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib. Atambayev hazırda İspaniyada yaşayır.

Mənbə axar.az

Oxşar Xəbərlər