Siyasət

Azərbaycan və Mərkəzi Asiya ölkələri mütəfəkkir və alimlərin BMT-də xüsusi təqdimatlarını keçirəcəklər

08 Oct 2026, 12:58 1 baxış
Azərbaycan və Mərkəzi Asiya ölkələri mütəfəkkir və alimlərin BMT-də xüsusi təqdimatlarını keçirəcəklər
Azərbaycan və Mərkəzi Asiya dövlətləri böyük mütəfəkkirlərin və alimlərin öz zəngin elmi irsinin BMT-də xüsusi təqdimatlarının keçirilməsi barədə razılığa gəliblər. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün yekunu olaraq imzalanan Birgə Bəyanatda deyilir. Birgə bəyanatda qeyd olunub ki, humanitar əməkdaşlığın daha da dərinləşdirilməsi, xalqları birləşdirən tarixi-mədəni və mənəvi irsin, ümumi ənənə və dəyərlərin qorunması və təbliği, habelə incəsənət və ədəbiyyat sahəsində təşəbbüslər dəstəklənəcək. Məşvərət görüşünün iştirakçıları bəyanatda vurğulayıb ki, Mərkəzi Asiya xalqları ilə Azərbaycan arasında dostluq və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xidmət edən idman, turizm və digər sosial sahələrdə gənclər arasında əməkdaşlıq inkişaf etdiriləcək. Bundan başqa, tərəflər turizm zonalarının inkişafı sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, habelə turizm məhsullarının təşviqinə və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın turizm potensialının tanıdılmasının artırılmasına yardım göstərilməsi razılaşdırıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər