Kriminal

Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - Foto

07 Oct 2026, 20:26 1 baxış
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - Foto
"Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər". Bunu Oxu.Az-a açıqlamasında qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib. O bildirib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınları onun ruhi xəstə olması barədə saxta sənəd hazırlatmağa çalışırlar: "Bu hadisə bilərəkdən törədilib. Hadisədən bir həftə əvvəl həmin yeniyetmə məktəbin 11-ci sinif şagirdləri ilə dalaşıb və onların üzərinə qayçı ilə hücum edib. Məktəbin direktoru həmin uşağı və onunla mübahisə edən iki 11-ci sinif şagirdini məktəbə buraxmır. Sonuncu hadisə isə oktyabrın 5-də günorta saatlarında baş verib. Həmin gün qardaşım oğlu dərsdə olub. Bu oğlan ona zəng vurub məktəbin arxasına çağırıb və "səninlə işim var" deyib. Qardaşım oğlu dərsdən çıxıb onun dediyi yerə gəlib. Məktəbin arxasına çatanda həmin oğlan qardaşım oğluna deyib ki, guya iki gün əvvəl ona gülüb. Elə bunu deyən kimi də uşağı bıçaqlayıb. Uşaq xəstəxanada dünyasını dəyişib. Bizim başımızın hüzrə qarışmasından istifadə edib işi həll etmək, uşağı məsuliyyətdən yayındırmaq istəyirlər. Aldığımız məlumata görə, hazırda uşağın anlaqsız olması barədə sənəd hazırlatdırırlar ki, onu məsuliyyətdən azad etsinlər. Bu üsulla bizim uşağın qanını batırmaq istəyirlər. Cinayəti törədən uşağın anası deyir ki, məsələni ört-basdır edəcəklər". Z.Ağayev bildirib ki, ailə bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından yardım istəyir və hadisənin obyektiv araşdırılmasını xahiş edir.
{{gallery}}
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - Foto Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər