Digər

Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil" - Video

07 Oct 2026, 15:08 2 baxış
Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil" - Video
Vətən müharibəsi qazisi Aslan Şərifovun döyüş yolu 2020-ci ildən daha əvvəl başlayıb. Xüsusi təyinatlı kimi xidmət edən hərbçi 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Aslan Şərifov yenidən ön cəbhədə olub.

O, döyüşlərə Füzuli istiqamətindən başlayıb, daha sonra Cəbrayıl istiqamətində qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak edib. Aslan Şərifov döyüşlərin birində mövqe dəyişərkən düşmən snayperinin açdığı atəş nəticəsində sağ qolundan yaralanıb. "Şaqqıltı səsi gəldi. Bölmə komandiri soruşdu ki, nə oldu? Dedim, heç nə, qolum qırıldı. Bu müharibənin öhdəsindən gəlməyimiz mənim üçün qürurdur. Hər dövlətin silahı, tankı, topu ola bilər. Döyüşün taleyini həll edən silah deyil", - deyə Vətən müharibəsi qazisi sözlərinə əlavə edib. Aslan Şərifov "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Hərbi xidmətlərə görə", "İgidliyə görə", "Vətən müharibəsi iştirakçısı" və "Şücaətə görə" medalları ilə təltif olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər