Siyasət
Tikinti üçün yeddi nazirlikdən icazə ilə bağlı Məcnun Məmmədovdan deputata cavab
"Əslinə qalsa, bu məsələ artıq həllini tapıb. 1 yanvar 2025-ci ildən cənab Prezidentin fərmanı ilə kənd təsərrüfatı torpaqlarının 5 hektardan yuxarı olan sahədə olma şərti ilə 1 faizində kənd təsərrüfatı təyinatlı tikintilər aparılmasına icazə verilir". Oxu.Az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında deputat Siyavuş Novruzovun etirazına cavab olaraq deyib. "Proses və prosedur olduqca sadələşdirilib, bir pəncərə sisteminə keçilib. Sadəcə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edərək fermer-sahibkar öz kənd təsərrüfatı təyinatlı torpağında kənd təsərrüfatı təyinatlı tikinti apara bilər", - deyə nazir əlavə edib. Xatırladaq ki, Siyavuş Novruzov fermerlərin öz ərazisində nə anbar, nə ofis, nə digər başqa bir şey tikmək üçün imkanının olmadığını, torpağın kateqoriyasının dəyişilməsi üçün yeddi nazirlikdən icazə almalı olduğunu deyib.
Mənbə
oxu.az