Siyasət

Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi

07 Oct 2026, 13:54 3 baxış
Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi
Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib. Oxu.Az-ın məlumatına görə, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib və sədrin vəzifədən azad edilməsi məsələsinə baxılıb. Qərara əsasən, Qəzənfər Abdullayev vəzifəsindən azad edilib. Sədr vəzifəsinin icrası yeni təyinatadək sədr müavini Xatirə İbrahimliyə həvalə olunub. Qeyd edək ki, Qəzənfər Abdullayev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı mandatından məhrum edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər