İdman
"Qalatasaray"ın yeni transfer planı: Leroy Sane gedir, İsmayıl Sarr gəlir
Türkiyənin "Qalatasaray" klubunun düşərgəsində qış transfer pəncərəsi ərəfəsində maraqlı hadisələr cərəyan edir. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Leroy Sane ilə Səudiyyə Ərəbistanı klublarının maraqlanması və onun komandadan getmə ehtimalının yaranması rəhbərliyi hərəkətə keçirib. Məlumata görə, İstanbul klubu İngiltərə Premyer Liqasında çıxış edən "Kristal Pelas"ın şərəfini qoruyan İsmayıl Sarrı heyətinə cəlb etməyə çalışır. Qeyd olunur ki, İsmayıl Sarrın "Kristal Pelas" rəhbərliyi ilə müqaviləni yeniləmək barədə apardığı danışıqlar Türkiyə klubu tərəfindən diqqətlə izlənilir. 28 yaşlı seneqallı oyunçunun İngiltərə klubu ilə ortaq məxrəcə gələ bilməməsi və Leroy Sanenin Səudiyyə Ərəbistanına keçidi reallaşarsa, "Qalatasaray" rəsmi addımlar atacaq. Xatırladaq ki, 2024-cü ildə Fransanın "Marsel" klubundan 15 milyon avro müqabilində "Kristal Pelas"a keçən futbolçunun transfer hüquqlarına indiyədək ümumilikdə 75 milyon avro xərclənib. Afrikalı futbolçunun hazırkı bazar dəyəri isə 45 milyon avro olaraq qiymətləndirilir. Ötən mövsüm "Kristal Pelas" ilə həm İngiltərə Superkubokunu, həm də UEFA Konfrans Liqasını (KL) qazanan seneqallı futbolçu, eyni zamanda 9 qol vuraraq KL-in ən sərrast oyunçusu olub. 2022-ci ildə Seneqal milli komandası ilə Afrika Millətlər Kubokunun qalibi olan ulduz futbolçu, "Kristal Pelas"ın heyətində meydana çıxdığı 94 qarşılaşmada 33 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə
oxu.az