İdman
Millimiz AVRO-2028 seçmə mərhələsinin püşkatmasında hansı səbətdə yer alacaq?
Azərbaycan milli komandası 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının (AVRO-2028) seçmə mərhələsinin püşkatmasında 5-ci səbətdə yer alacaq. Oxu.Az xəbər verir ki, hazırkı səbət bölgüsünə əsasən, Azərbaycanla yanaşı Malta, Litva, Cəbəllüttariq, Andorra və Lixtenşteyn də 5-ci səbətdə qərarlaşıb. Püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək. UEFA-nın məlumatına görə, komandalar 12 qrupa bölünəcək. Seçmə mərhələnin qrup oyunları 2027-ci ilin mart-noyabr aylarında keçiriləcək.
Mənbə
oxu.az