Dünya

ABŞ hökumətinə 194 milyon dollar ziyan vuran kəşfiyyatçı kimdir?

07 Oct 2026, 10:40 3 baxış
ABŞ hökumətinə 194 milyon dollar ziyan vuran kəşfiyyatçı kimdir?
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş yüksəkvəzifəli əməkdaşı Devid Raş vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 40 milyon dollardan çox dəyərində qızıl külçələr və Floridada elit daşınmaz əmlak almaqla dövlət vəsaitlərini şəxsi mənfəəti üçün mənimsədiyini etiraf edib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ KİV məlumat yayıb. Məhkəmə sənədlərinə əsasən, Raş gələcəkdə qazanc məqsədilə yenidən satmağı planlaşdırdığı Cənubi Floridadakı lüks daşınmaz əmlakın alınmasına bəraət qazandırmaq üçün "tam məxfi" dövlət proqramı uydurub. Bundan əlavə, o, qızıl külçələri əldə etmək üçün saxta "həssas dövlət əməliyyatı" da fikirləşib tapıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Raşın qanunsuz əməlləri federal hökumətə təxminən 194 milyon dollar miqdarında maddi ziyan vurub. Məhkəmə dinləmələrində bildirilib ki, sabiq MKİ əməkdaşı xarici dövlətin nümayəndəsinə olduqca məxfi müdafiə məlumatlarını ötürüb. Raş, həmçinin ABŞ hökumətinin bəzi gizli məlumatlarını yaydığını da təsdiqləyib. Raşın təqsirini boynuna alması ilə bağlı bəyanatına əlavə edilmiş sənəddə vurğulanır: "Bu cür məlumatların açıqlanması məlumat mənbəyinin, eləcə də həmin mənbə ilə işləyən ABŞ hökuməti əməkdaşlarının həyatını və təhlükəsizliyini risk altında qoya bilər. Həmçinin bu addım ABŞ hökumətinin təqdim etdiyi mütləq məxfilik zəmanətinə etibar edən informatorların cəlb edilməsi imkanlarını da məhdudlaşdırır". Söhbətin konkret olaraq hansı xarici hökumətdən getdiyi barədə məlumat verilmir. Prokurorluq, həmçinin Raşı öz hərbi və akademik təhsili barədə iş yoldaşlarına, o cümlədən dövlət podratçılarına yalan məlumat verməkdə ittiham edir. Müttəhimi 20 ilə qədər həbs cəzası gözləyir. Yekun hökm yanvarın 28-də Virciniya ştatında elan olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər