Digər

İstanbulda gəmi iş adamının villasına çırpıldı – Video

07 Oct 2026, 11:38 2 baxış
İstanbulda gəmi iş adamının villasına çırpıldı – Video

İstanbulda sərnişin gəmisi türkiyəli iş adamı, dizayner Derin Mermercinin villasına çırpılıb.


Axar.az xəbər verir ki, o, bu barədə özünün İnstaqram səhifəsində paylaşım edib.


“Heç vaxt belə bir şey yaşamamışam, əllərim titrəyir. Məhkəməyə müraciət edəcəyəm. Uşaqlarım bu evdədir... Onlar dəhşətli travma alıblar”, - Mermerci qeyd edib.


Qeyd edilib ki, malikanə 200 illik tarixə malikdir.

Mənbə axar.az

Oxşar Xəbərlər