İqtisadiyyat

Bu şəxslər də vergiyə cəlb olunacaqlar

07 Oct 2026, 12:00 2 baxış
Bu şəxslər də vergiyə cəlb olunacaqlar
Özəl məhkəmə ekspertlərinin gəlirləri vergiyə cəlb ediləcək. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd edilib ki, məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyekti hesab ediləcək. Layihəyə görə, həmin gəlirdən 10 faiz dərəcə ilə vergi tutulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər