İdman
Cüdo üzrə böyüklər arasında dünya çempionatı: Bu gün dörd təmsilçimiz yarışır
Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatının dördüncü gününə start verilir. Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin dörd üzvü tatamiyə çıxacaq. Qadınlar arasında 63 kiloqram çəki dərəcəsində Hanna Zaytseva yarışa 1/16 final mərhələsindən qoşulacaq. Onun ilk rəqibi Pey Çun Yuan (Çin Taypeyi) - Anna Kriza (Macarıstan) görüşünün qalibi olacaq. Kişilərin 81 kiloqram çəki dərəcəsində Vüsal Qələndərzadə mübarizəyə 1/32 final mərhələsindən başlayacaq. O, ilk görüşündə Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşacaq. Zelim Tçkayev və Ömər Rəcəbli isə ilk görüşlərini 1/16 finalda keçirəcəklər. Tçkayev Timoti Meuvsen (Cənubi Afrika Respublikası) - Viktor Sterpu (Moldova) cütünün, Rəcəbli isə Sibqatullah Arab (IRT) - Mahamadu Dukara (Mali) görüşünün qalibi ilə üz-üzə gələcək. Xatırladaq ki, indiyə qədər mundialda Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.
Mənbə
oxu.az