Cəmiyyət
Hökməli-Qobu yolundan istifadə edən sürücülər boğaza yığılıblar - Video
Abşeron rayonunda Hökməli-Qobu yolunun vəziyyəti sürücüləri təngə gətirib. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Vətəndaşların sözlərinə görə, yolda çox sayda dərin çala yaranıb. Bu səbəbdən də yağış yağanda həmin çalalara su dolur və avtomobillərin hərəkəti çətinləşir. Həmçinin bildirilib ki, yolun bu vəziyyətdə olması avtomobillərin müxtəlif hissələrinin sıradan çıxmasına səbəb olur.
Mənbə
oxu.az