İdman
Türkiyə Montella ilə yolları ayırır: 1 milyonluq təzminat...
Dünya çempionatındakı uğursuzluq və UEFA Millətlər Liqasında qələbəsiz keçən 4 oyundan sonra Türkiyə baş məşqçi Vinçenzo Montella ilə yollarını ayırır.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Türkiyə Futbol Federasiyası rəhbərliyi prosesi yekunlaşdırmaq məqsədilə, aylıq 183 min avro qazanan italiyalı mütəxəssisə 5 aylıq maaşı məbləğində təzminat ödəyəcək.
Mənbə
axar.az