İdman

Azərbaycan Kubokunun 2026/27 mövsümünə iki oyunla start veriləcək

07 Oct 2026, 10:32 3 baxış
Azərbaycan Kubokunun 2026/27 mövsümünə iki oyunla start veriləcək
Futbol üzrə Azərbaycan Kubokunun 2026/27 mövsümünə bu gün start veriləcək. Oxu.Az xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyun günündə iki matç keçiriləcək. "Şəki" "Qaradağ Lökbatan"ın, "Ağstafa Gəncləri" "Şəmkir"in qonağı olacaq. Azərbaycan Kuboku I təsnifat mərhələsi 7 oktyabr 14:30. "Qaradağ Lökbatan" - "Şəki" Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Törə Əhmədova. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu. 14:30. "Şəmkir" - "Ağstafa Gəncləri" Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Mahal Məmmədov. Şirvan Olimpiya İdman Kompleksinin stadionu. Qeyd edək ki, I təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər