Digər

ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək "Money20/20"-də finalçı kimi yarışacaq

07 Oct 2026, 10:52 3 baxış
ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək "Money20/20"-də finalçı kimi yarışacaq
ABB qlobal fintex ekosisteminin tanınmış platformalarından "Money20/20" tədbiri çərçivəsində keçirilən yüksək rəqabətli "The Money Awards 2026" müsabiqəsinin finalçıları sırasında qərarlaşıb. Bank "AI&Automation" kateqoriyası üzrə finala yüksəlib. ABB müsabiqədə müştərilərin süni intellekt əsaslı fərdi maliyyə menecerləri "AI-nur" və "AI-khan" layihəsi ilə iştirak edir. Bank "AI-nur" və "AI-khan"ı müştərilərə ötən ilin sonlarından təqdim edib. "ABB mobile" tətbiqinin istifadəçiləri onlarla sadəcə danışaraq şəxsi büdcələrini daha aydın nəzarətdə saxlaya, gəlir və xərclərini mütəmadi şəkildə detallı analiz edə, maliyyə davranışlarını istədikləri kimi nizamlaya bilirlər. Belə ki, "AI-nur" və "AI-khan" müştərilərin gəlir və xərclərini izləyib, maliyyə vərdişlərini yönləndirir, onların qərarlarına dəstək olur, müştərilərlə danışaraq bir çox bank əməliyyatlarını yerinə yetirir, kredit limitlərini artırıb azaldır, abunəlikləri idarə edir. Süni intellekt əsaslı fərdi maliyyə menecerlərinin imkanları getdikcə daha da genişlənir. İstifadəyə veriləndən sonra qısa müddət ərzində müştərilər süni intellekt əsaslı fərdi maliyyə menecerləri ilə milyonlarla qarşılıqlı ünsiyyət qurublar. Layihənin qlobal müsabiqənin finalına çıxmasında onun müştəri təcrübəsində qazandığı uğurlar böyük rol oynayıb. "The Money Awards" maliyyə xidmətləri sektorunda innovasiya, texnologiya və real təsir yaradan şirkətləri, məhsulları, tərəfdaşlıqları dəyərləndirən "Money20/20" platformasının qlobal fintex mükafatı proqramıdır. Mükafata təqdim olunan layihələri maliyyə və texnologiya sahəsinin aparıcı ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirir. "The Money Awards 2026" qalibləri oktyabrda ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək "Money20/20 USA" tədbiri çərçivəsində elan olunacaqlar. ABB final mərhələsində "Plaid", "DriveWealth", "Socure", "Sardine", "U.S. Bank" və s. kimi tanınmış qurumlarla yarışacaq. ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, "937" nömrəli məlumat mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Mənbə oxu.az

Oxşar Xəbərlər