Digər

Buna Bakı və İrəvan qərar verməlidir - Rusiya XİN

07 Oct 2026, 00:14 2 baxış
Buna Bakı və İrəvan qərar verməlidir - Rusiya XİN

Oktyabrda Moskvada Rusiya Energetika Həftəsi Beynəlxalq Forumu çərçivəsində “3+3” regional əməkdaşlıq platformasının enerji əməkdaşlığı məsələləri üzrə ilk görüşünün keçirilməsi planlaşdırılır.


Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kalugin bildirib.


Kalugin platformaya daxil olan ölkələrin xarici işlər nazirlərinin növbəti iclasının keçiriləcəyi yeri Azərbaycan və Ermənistanın müəyyənləşdirməli olduğunu deyib:


“3+3” platformasına daxil olan ölkələrin xarici işlər nazirlərinin növbəti iclasının harada keçiriləcəyinə indi Bakı və İrəvan qərar verməlidir. Tərəfdaşlara lazımi dəstəyi göstərməyə hazırıq”.

Mənbə axar.az

Oxşar Xəbərlər