Dünya
Braziliyada 22 yaşlı gözəllik kraliçasının faciəli sonu: Evin bağçasında bacısı qızının saçını darayarkən... - Foto
Braziliyada 22 yaşlı gözəllik kraliçasını ildırım vurub. Oxu.Az-ın xəbərinə görə, bu barədə NTK nəşri iş materiallarına istinadən məlumat verib.
{{gallery}} Məlumata görə, gözəllik kraliçası Ana Beatris Arauju Ferreyra bacısı qızının saçını darayarkən evin bağçasında ildırım vurması nəticəsində həlak olub. O, xəstəxanada dünyasını dəyişib. Hadisə Braziliyanın Tokantins ştatının Almas şəhərində, qadının anasının evinin arxa bağçasında olub. Bacısı Lana Letisiya bildirib ki, Ana Beatris beş yaşlı oğlunu təzəcə çimdirərək evə göndərib. Özü isə bacısı qızının saçını daramağa başlayıb. Məhz bu anda onu ildırım vurub. Doğmaları faciənin bir anın içində baş verdiyini bildirirlər.

Mənbə
oxu.az
Oxşar Xəbərlər