Digər

Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı

06 Oct 2026, 18:18 2 baxış
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı

Hörmüz boğazının Oman sahillərində Panama bayrağı altında üzən ticarət gəmisinə hücum edilib.


Axar.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.


“Bu gün Oman sahillərində Panama bayrağı altında üzən “MT On Peace” ticarət gəmisinə edilən hücumu pisləyirik. Gəmi Hörmüz boğazından keçərkən mərmi ilə vurulub. 19 heyət üzvündən 17-si Hindistan vətəndaşı olub. 11 Hindistan vətəndaşı da daxil olmaqla, 12 heyət üzvü yaralanıb”, - məlumatda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər