Dünya
Paşinyan hərbçimizlə bağlı sualı cavabsız qoydu: "Cümə axşamını gözləyin"
Azərbaycanlı hərbçi Nəsimi Musayevin taleyi barədə jurnalistlər Ermənistan lideri Nikol Paşinyanın mövqeyini öyrənməyə cəhd ediblər. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib. Yerli KİV nümayəndələri baş nazirdən azərbaycanlı hərbçinin taleyinin necə olacağı və bununla bağlı hansısa bir qərarın qəbul edilib-edilməməsi barədə soruşublar. Paşinyan sualını cavablandırmaqdan imtina edərək, qısa olaraq "cümə axşamı brifinqimiz olacaq" deyə cavab verib. Onun ekstradisiya edilib-edilməyəcəyi ilə bağlı hər hansı bir qərarın olub-olmaması barədə dəqiqləşdirici sualı isə Paşinyan cavabsız qoyaraq oradan uzaqlaşıb. Qeyd edək ki, oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsimi Musayev Ermənistanın təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb. Zəngəzurun Şəki kəndi istiqamətində naməlum şəraitdə dövlət sərhədini keçən azərbaycanlı hərbçi barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər