Dünya

Avropa milyardlarla dollar zərəri gözə alıb Rusiyadan imtina edəcək

06 Oct 2026, 15:50 4 baxış
Avropa milyardlarla dollar zərəri gözə alıb Rusiyadan imtina edəcək
Energetika böhranına baxmayaraq, Avropa İttifaqı 2027-ci ilin sonunadək Rusiyadan qaz idxalını tamamilə dayandırmaq niyyətindədir. Oxu.Az "Yevropeyskaya pravda"ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib. Sədrin sözlərinə görə, dörd il öncə Avropaya daxil olan qazın 45 faizi Rusiyadan gəlirdisə, bu gün həmin göstərici 12 faizə düşüb. O qeyd edib ki, 2027-ci ilin sonuna qədər bu rəqəm sıfıra çatdırılacaq. AK sədri xüsusilə vurğulayıb ki, enerji resurslarının baha olmasına və mövcud böhrana baxmayaraq, Rusiya qazından mütləq şəkildə imtina ediləcək. "Fevralın sonundan qaz qiymətlərində 140 faiz artım müşahidə olunub. Dizel yanacağının qiyməti iki dəfə qalxıb. Ümumiyyətlə, İrandakı müharibənin əvvəlindən bəri idxal edilən qalıq yanacağı Avropaya 100 milyard avro əlavə xərc bahasına başa gəlib. Və bu, heç bir əlavə enerji molekulu olmadan baş verib", - deyə fon der Lyayen bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər