Dünya
Rubinyan Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin ekstradisiyası ehtimalından danışdı
"Azərbaycan hərbçisinin Ermənistan ərazisinə hansı şəraitdə daxil olduğu hələ müəyyən edilməlidir. Onun sərhədi təsadüfən keçib-keçmədiyi müəyyənləşdirilməlidir". Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan Parlamentinin spikeri Ruben Rubinyan jurnalistlərə bildirib. Sərhədin keçilməsi faktının özündən danışan Rubinyan xatırladıb ki, həm Ermənistan, həm də Azərbaycan hərbçiləri ilə bağlı oxşar hadisələr əvvəllər də baş verib. Onun sözlərinə görə, söhbət təsadüfi keçidlərdən gedir və bir sıra hallarda hərbi qulluqçular sonradan vətənlərinə qaytarılıblar. Eyni zamanda, spiker hesab edir ki, hazırkı insident Ermənistan hüquq-mühafizə orqanlarının və hərbçilərinin hərəkətləri baxımından ayrıca təhlil tələb edir. Onun sözlərinə görə, onların baş vermiş vəziyyətdə nə dərəcədə effektiv hərəkət etdikləri araşdırılmalıdır. Bu fonda Rubinyan müxalifəti baş vermiş hadisədən daxili siyasi mübarizə üçün istifadə etməməyə çağırıb. "Müxalifət düşünür ki, sülh siyasətinin uğursuzluğunda bizi günahlandırmaq üçün güclü rıçaq əldə edib. Lakin bu halda bizim işimiz Azərbaycanla deyil, fərdi hərbçi ilədir", - deyə o bildirib. Azərbaycanlı hərbçinin gələcəyinə gəldikdə isə, Rubinyan onun ekstradisiyası ehtimalını müzakirə etməyin hələ tez olduğunu düşündüyünü qeyd edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər