İdman

Millimiz Yaponiyanı məğlub etdi

06 Oct 2026, 18:45 1 baxış
Millimiz Yaponiyanı məğlub etdi

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.


Axar.az xəbər verir ki, U-20 Yaponiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.


Qəbələ şəhər stadionunda keçirilən matçın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb – 0:0.


Tərəflərin razılığına əsasən, qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq (5:4) oynayan millimiz yoldaşlıq matçında qələbə qazanıb.


Qeyd edək ki, Azərbaycanın U-20 millisi Qəbələdəki ilk görüşündə Moldovaya 0:1 hesabı ilə uduzub.

Mənbə axar.az

Oxşar Xəbərlər