Dünya

Çindən avtomobil ixracı çətinləşir: Yeni qaydalar açıqlandı

06 Oct 2026, 04:36 9 baxış
Çindən avtomobil ixracı çətinləşir: Yeni qaydalar açıqlandı
2027-ci ildən etibarən Çindən avtomobil ixrac edən istehsalçılar avtomobillərin ölkə xaricində təmiri və texniki xidmətinin mümkünlüyünü, eləcə də ehtiyat hissələri ilə təminatını təsdiqləməli olacaqlar. Oxu.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu dəyişiklik qlobal brendlərin hazırda Çində populyar olan modellərinin xaricə ixracını çətinləşdirə bilər. 2026-cı ildən etibarən istehsalçının icazəsi olmadan Çindən istənilən markalı avtomobili yalnız onun Çində 180 gündən çox qeydiyyatda olması şərtilə ixrac etmək mümkün olacaq. Bu müddətdən sonra avtomobil, hətta yürüşü sıfır olsa belə, işlənmiş hesab ediləcək. Yeni avtomobillərin ixracı üçün isə istehsalçının razılığı tələb olunacaq. 2027-ci ildən istehsalçılardan xaricdə servis mərkəzləri şəbəkəsinin mövcudluğunu təsdiqləmək tələb ediləcək. Bildirilir ki, bunun üçün Çin hakimiyyəti servis mərkəzlərinin sənədlərini, əməkdaşlar barədə məlumatları və avadanlıqların fotoşəkillərini də tələb edə bilər.
Çindən avtomobil ixracı çətinləşir: Yeni qaydalar açıqlandı
Mənbə oxu.az

Oxşar Xəbərlər