Siyasət
Övladlığa uşaq götürülmə ilə bağlı qaydalarda YENİLİKLƏR
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydasında dəyişiklik edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, bundan sonra valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə bir ay müddətində ayda ən azı 20 saat olmaqla görüş təşkil ediləcək. Buna qədər belə görüşlər iki ay müddətində ayda ən azı 40 saat olmaqla keçirilirdi. Bundan başqa, valideyn himayəsindən məhrum olmuş 0-3 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 10 gün müddətində altı saatadək qısalda bilər. Dəyişiklikdən öncə, valideyn himayəsindən məhrum olmuş 0-1 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik 20 gün müddətində 12 saatadək qısalda bilərdi.
Mənbə
oxu.az