Digər
Rusiya Xarkovu vurdu: 3 ölü, 25 yaralı
Xarkovda Rusiya ordusunun aviazərbələri nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov məlumat yayıb.
O bildirib ki, bu gün Rusiya ordusu Xarkovun Sloboda rayonuna aviazərbələr endirib. Zərbələr nəticəsində anbar sahələrində yanğın baş verib, bir neçə yaşayış binasına ziyan dəyib.
Terexovun sözlərinə görə, binalardan birinin dağıntıları altında insanların qala biləcəyi ehtimal olunur.
Hazırda ərazidə xilasetmə və axtarış işləri aparılır.
Mənbə
axar.az