İdman

Dörd cüdoçumuz dünya çempionatında tatamiyə çıxacaq

05 Oct 2026, 09:37 4 baxış
Dörd cüdoçumuz dünya çempionatında tatamiyə çıxacaq
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın 4 cüdoçusu tatamiyə çıxacaq. Oxu.Az xəbər verir ki, bu gün Gültac Məmmədəliyeva (52 kq), Turan Bayramov, Nizami İmranov və Ruslan Paşayev (hamısı 66 kq) tatamiyə çıxacaqlar. Gültac Məmmədəliyevanın 1/16 finaldakı ilk rəqibi İsrail təmsilçisi Gefen Primo olacaq. 66 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov 1/32 finalda Finlandiya cüdoçusu Lukas Saha ilə qarşılaşacaq. Nizami İmranov isə ilk görüşündə Gürcüstan təmsilçisi Vaja Marqvelaşvili ilə üz-üzə gələcək. Ruslan Paşayev 1/16 finalda Türkmənistan təmsilçisi Serdar Rahimov - İspaniya cüdoçusu Adrian Nieto Çinarro cütünün qalibi ilə qarşılaşacaq. Təsnifat mərhələsinin görüşləri saat 10:00-da başlayacaq. Dünya çempionatının rəsmi açılış mərasimi 16:30-da, final bloku isə 18:00-da keçiriləcək. Qeyd edək ki, mundialın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər