Cəmiyyət
Bakının bu rayonunda qaz olmayacaq
Bu gün Bakının Xətai rayonunun bir küçəsində qaz təchizatı dayandırılacaq.
Axar.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Abbas Səhhət küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mənbə
axar.az