Digər
Tokayev mühafizəçisini Baş Qərargah rəisi təyin etdi
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Aytkurman Omarbekovu müdafiə nazirinin birinci müavini və Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, Omarbekov buna qədər Qazaxıstan Dövlət Mühafizə Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
Mənbə
axar.az