Digər

Bu ölkə ordusunu Rusiya ilə sərhədə yığır

05 Oct 2026, 10:42 2 baxış
Bu ölkə ordusunu Rusiya ilə sərhədə yığır

Estoniya aktiv müdafiə strategiyasının bir hissəsi olaraq qoşunlarını Rusiya sərhədinə yaxınlaşdırır.


Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.


Bildirilib ki, ölkə sonrakı əks tədbirlərə etibar etmək əvəzinə, sərhəd müdaxiləsinin qarşısını almağa çalışaraq qoşunlarını şərqə doğru hərəkət etdirir.


Birinci Estoniya Briqadasının bölmələri Rusiya sərhədindən cəmi 50 kilometr aralıda yerləşən və genişmiqyaslı yeni hərbi obyektlərin tikildiyi Yixvi şəhərinə köçürülür.

Mənbə axar.az

Oxşar Xəbərlər