Digər

İsrail ABŞ seçkilərinə qarışır: 233 milyon ayırdı

04 Oct 2026, 23:53 3 baxış
İsrail ABŞ seçkilərinə qarışır: 233 milyon ayırdı

Amerika-İsrail İctimai Əlaqələr Komitəsi (AIPAC) İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi hökuməti tənqid edən namizədlərin məğlubiyyətinə nail olmaq üçün rekord məbləğdə – 233 milyon dollar vəsait ayırmaq niyyətindədir.


Axar.az xəbər verir ki, bunu ABŞ senatoru Berni Sanders X sosial şəbəkəsində yazıb.


Siyasətçi nümunə kimi Miçiqan ştatında Demokratlar Partiyasının praymerizlərini göstərib:


"Komitə burada Abdul əl-Sayedin namizədliyinin qarşısını almağa çalışaraq 33 milyon dollar vəsait xərcləyib, lakin buna nail ola bilməyib. Onlar məğlub olmaqda davam edəcəklər".


Sanders yenidən Vaşinqtonu İsrailə hərbi yardımı tamamilə dayandırmağa çağırıb.


Qeyd edək ki, ABŞ-da növbəti aralıq (Konqres) seçkiləri 3 noyabr 2026-cı il tarixində keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər