İdman
Ronaldunun milli komandanı tərk etməsinin daha bir səbəbi üzə çıxdı
Kriştianu Ronaldu ətrafında yaşanan qalmaqalla bağlı Portuqaliya idman mediasında yeni təfərrüat açıqlanıb. Oxu.Az-ın "SAPO Desporto" nəşrinə istinadən verdiyi məlumata görə, Ronaldunun milli komandanın düşərgəsini tərk etmək qərarına yalnız baş məşqçi Jorji Jezuşla yaşadığı münaqişə təsir etməyib. Buna səbəb olan digər amillərdən biri də onun böyük oğlu, kiçik Kriştianu Ronaldunun Portuqaliyanın U-16 yığmasına dəvət almamasıdır. "Düşünürəm ki, Kriştianu Ronaldunu incidən başqa bir məqam da var. Bu, onun milli komandadan ayrılması ilə birbaşa bağlı olmaya bilər. Lakin belə vəziyyətlərdə hər şey üst-üstə düşür. Ronaldu kiçik Kriştianunun U-16 millisinə çağırılmamasından məyus olmuşdu", - deyə "Record" qəzetinin baş redaktorunun müavini Vitor Pintu CMTV-nin efirində bildirib. Xatırladaq ki, daha əvvəl Kriştianu Ronaldu baş məşqçi Jorji Jezuşla yaşadığı münaqişədən sonra Portuqaliya millisinin düşərgəsini tərk edib.
Mənbə
oxu.az