Avropada inflyasiya pik həddə qalxdı - Son 3 il
Sentyabrda Avrozonada istehlak qiymətləri illik müqayisədə 3,8 faiz artıb.
Axar.az xəbər verir ki, bu barədə Avropa Statistika Bürosunun yaydığı məlumatda qeyd olunub.
Bu göstərici 2023-cü ilin sentyabr ayından bəri qeydə alınan ən yüksək səviyyədir.
Ekspertlərə görə, Avropa Mərkəzi Bankının faiz dərəcələrini daha da artıracağı ilə bağlı gözləntilər güclənib. Son qiymət təzyiqlərinin əsas hərəkətverici qüvvəsi enerji resurslarının qiymətinin artmasıdır.
Avropa Mərkəzi Bankının rəsmiləri yüksək əməkhaqqı tələbləri və artan korporativ qiymətlər kimi amillər vasitəsilə enerji şokunun iqtisadiyyata təsirinin qarşısını almaq istəyirlər. Bu ay faiz dərəcələrinin artırılması ilə bağlı gözləntilər azalsa da, faiz dərəcələrinin qarşıdakı dövrdə ən azı iki dəfə artırılacağı gözlənilir.