Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama
Oktyabrın 1-də Sünik vilayətinin (Zəngəzur – red.) Şaki yaşayış məntəqəsində Azərbaycan hərbçisi Nəsimi Musayevin iştirakı ilə baş vermiş insidentlə bağlı müxtəlif sosial platformalarda həqiqətə uyğun olmayan məlumatlar yayılır.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidməti bildirib.
Məlumatda vurğulanıb ki, Ermənistanın dövlət sərhədini qanunsuz şəkildə yalnız bir şəxs – N.Musayev keçib. O, hazırda başlanmış cinayət işi çərçivəsində məhkəmə qərarı ilə həbs edilib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən bildirilib ki, digər bütün məlumatlar, o cümlədən hadisədə bir neçə şəxsin və diversantların olduğu, hüquq-mühafizə orqanları tərəfindən indiyədək axtarış işlərinin aparıldığı barədə yayılan xəbərlər tamamilə əsassızdır və həqiqətə uyğun deyil:
“İctimaiyyəti rəsmi məlumatları izləməyə çağırırıq”.