Kriminal

Beyləqanda ağır qəza, ölən var

02 Oct 2026, 09:33 2 baxış
Beyləqanda ağır qəza, ölən var
Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 130-cu kilometrliyində qeydə alınıb. Manaf Yaqub oğlu Qurbanovun idarə etdiyi VAZ-2107 markalı avtomobil onunla eyni istiqamətdə hərəkətdə olan Aqşin Vilayət oğlu Abdullayevin idarə etdiyi "Mercedes E-Class"la toqquşub. Nəticədə Mənaf Qurbanov aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər