Cəmiyyət
Nizami rayonunda budanmayan ağaclar sakinlərin həyatına təhlükə yaradır - Foto
Nizami rayonu ərazisində uzun müddətdir budanmayan ağaclar Bakı Qida Sənayesi Kollecinin yataqxanasının ərazisində yerləşir. Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Nizami Rayon İcra Hakimiyyətindən verilib. "Bununla belə, ağacların budanması ilə bağlı vətəndaşın "ASAN Müraciət" portalı vasitəsilə daxil olmuş müraciəti əsasında tərəfimizdən aidiyyəti üzrə müraciət edilib", - deyə məlumatda bildirilib. Bakının Nizami rayonu ərazisində uzun müddətdir budanmayan ağaclar sakinlərin narahatlığına səbəb olub. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş tərəfindən şikayət daxil olub. Sakin bildirib ki, Məmmədəli Şərəfli küçəsi, 62 ünvanında yerləşən yataqxana binasının ətrafındakı ağaclar uzun müddətdir budanmır. Onun sözlərinə görə, xüsusilə küləkli havalarda sözügedən ağaclar aşaraq ətrafdakı insanlara və tikililərə ciddi ziyan yetirə bilər.
"Yataqxana binası hündür ərazidə yerləşdiyindən küləkli hava zamanı ərazidə müxtəlif problemlər yaranır. Bundan əlavə, binanın ətrafındakı hasar da bərbad vəziyyətdədir. nəzərə almaq lazımdır ki, bu yoldan sakinlər gündəlik istifadə edirlər və həm ağacların, həm də hasarın vəziyyəti təhlükə yarada bilər. Biz məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsək də, indiyədək problemin aradan qaldırılması istiqamətində heç bir tədbir görülməyib", - deyə vətəndaş bildirib.

Mənbə
oxu.az