Digər
Süni intellekt müasir silahlara da tətbiq edilməyə başlayıb
"Proseslər göstərir ki, kibertəhlükəsizlik məsələsi milli təhlükəsizlik məsələsinə çevrilir". Oxu.Az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik İdarəsinin rəisi Elşən Həsənov "ADEX 2026" çərçivəsində keçirilən "Müdafiə sahəsində kibertəhlükəsizlik" adlı sektorial görüşdə açılış nitqində deyib. Onun sözlərinə görə, müasir silahlar artıq informasiya texnologiyası və süni intellekt əsasında hazırlanır: "İnsansız sistemlər artıq reallıqdır və bunların kibertəhlükəsizliyi çox önəmli bir məsələdir. Hətta mən deyərdim ki, artıq kibertəhlükəsizlik məsələsi milli təhlükəsizlik məsələsinə çevrilir".
Mənbə
oxu.az