Digər
ABŞ-da nazirlik əməkdaşı husilərə yardım edirmiş
ABŞ Energetika Nazirliyinin ərəb əməkdaşı husilərə yardım etdiyi üçün həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
“ABŞ Federal Təhqiqatlar Bürosu Energetika Nazirliyinin 51 yaşlı mühəndisini husilərə dəstək verməkdə şübhəli bilərək həbs edib. Eşton Həmid Əlləbudi dronlar üçün komponentlər və partlayıcı maddələrin hazırlanması məqsədilə materiallar alıb, Yəmənə gedib və husilərə rabitə məsələləri üzrə məsləhətlər verib. O, xarici terror təşkilatına maddi dəstək verməkdə ittiham olunur”,- məlumatda bildirilib.
Mənbə
axar.az