İdman

Almaniya millisi Kloppun rəhbərliyi altında ilk qələbəsini qazandı - VİDEO

02 Oct 2026, 00:42 3 baxış
Almaniya millisi Kloppun rəhbərliyi altında ilk qələbəsini qazandı - VİDEO
UEFA Millətlər Liqasının qrup mərhələsinin III turu çərçivəsində Almaniya millisi doğma meydanda Serbiya yığmasını qəbul edib. Oxu.Az xəbər verir ki, Münhen şəhərində A Liqasının II qrupunda keçirilən matçda ev sahibləri qalib gəliblər - 2:0.

Almanların qələbə qollarının müəllifləri Tom Bişof (40-ci dəqiqə) və Florian Virts (61) olublar. Qeyd edək ki, bu Almaniya millisinin Yürgen Kloppun rəhbərliyi altında keçirdiyi rəsmi oyunda ilk qələbəsidir. Qrupdakı üç oyundan sonra Almaniya millisinin 4 xalı var, Serbiya millisi isə hələ də xal toplaya bilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər