Dünya
Mustafa Sandaldan 11 milyardlıq maxinasiya iddialarına cavab - Video
Türkiyənin tanınmış pop ifaçısı Mustafa Sandal çıxış etdiyi konsert zamanı həyat yoldaşı Melis Sütşurup Sandal və qayınatası Cihan Sütşurupa qarşı irəli sürülən həbs qərarı və aparılan istintaqla bağlı açıqlama verib. Qeyd edək ki, onların əmlaklarına da həbs qoyulub. Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, səhnədən sevənlərinə müraciət edən sənətçi bildirib: "Mən artıq baş verənlərdən dərs çıxarmışam. Fond işlərilə heç vaxt məşğul olmamışam".
Onun bu sözləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bundan əvvəlki açıqlamalarında isə Sandal 32 illik karyerası ərzində yeganə qazanc mənbəyinin musiqi olduğunu və həyat yoldaşı ilə ailə münasibətlərindən kənar heç bir ortaq maliyyə işlərinin olmadığını bildirmişdi. Mətbuatda həmçinin Melis Sütşurup Sandalın ləğv edilmiş fondlardan 11 milyard 126 milyon 528 min 163 lirə çıxardığı barədə iddialar yer alıb. Lakin o, bu ittihamları qəti şəkildə rədd edərək göstərilən məbləğin həqiqəti əks etdirmədiyini və bütün təfərrüatın aparılan yoxlamalar nəticəsində aydınlaşacağını bəyan edib. Hazırda məsələ ilə bağlı istintaq tədbirləri davam etdirilir.

Mənbə
oxu.az