Dünya
Türkiyədə zavodda güclü partlayış: Xəsarət alanlar var
İzmirin (Türkiyə) Torbalı rayonunda metal zavodlarından birində baş verən güclü partlayış nəticəsində yeddi nəfər xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, hələlik partlayışın səbəbi bəlli deyil. Hadisə yerinə dərhal yanğınsöndürənlər, təcili tibbi yardım və jandarm qüvvələri göndərilib. İlkin məlumatlara görə, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır. Yaralılar təcili yardım maşınları vasitəsilə müxtəlif xəstəxanalara yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə
oxu.az