İdman

Ronaldunu qəzəbləndirən 30 dəqiqə: Baş məşqçi ilə münaqişənin detalları

01 Oct 2026, 12:44 3 baxış
Ronaldunu qəzəbləndirən 30 dəqiqə: Baş məşqçi ilə münaqişənin detalları
Portuqaliya millisində Kriştianu Ronaldu ilə baş məşqçi Jorji Jezuş arasında yaşanan narazılığın detalları üzə çıxıb. Oxu.Az xəbər verir ki, "Marca" nəşri tərəflər arasında yaşanan hadisələrin xronologiyasını açıqlayıb. Məlumata görə, Jezuş Ronaldu ilə əvvəlcədən razılaşıb ki, 41 yaşlı hücumçu ilk oyunda - Uelslə qarşılaşmada və ikinci matçda - Norveçlə görüşdə meydana çıxacaq. Ronaldu Uelsə 1:0 hesabı ilə qalib gəldikləri oyunda start heyətində yer alıb, 66 dəqiqə meydanda olub və qolu VAR tərəfindən ləğv edilib. Lakin Norveçlə keçirilən ikinci oyundan əvvəl Jezuş qərarını dəyişib. Baş məşqçi Ronalduya ona ehtiyac yarana biləcəyini və qarşılaşmanın son 30 dəqiqəsində meydana çıxmasının mümkün olduğunu bildirib. Norveçin hesabı 1:1-ə gətirməsindən sonra Ronaldu isinməyə başlayıb. Portuqaliya 54-cü dəqiqədə yenidən önə keçdikdən sonra isə Jezuş onu meydana buraxmayıb. Ronaldu təxminən 30 dəqiqə isinməsinə baxmayaraq, oyunda iştirak etməyib və final fitindən sonra stadionu əsəbi şəkildə tərk edib. Bundan sonra Ronaldu Portuqaliya millisinin məşqində komanda ilə birlikdə iştirak etməyib. O, məşq vaxtı hoteldə qalıb və fərdi şəkildə çalışıb. Jezuş isə Ronaldunun məşqdən imtina etmədiyini, sadəcə bərpa proqramı çərçivəsində fərdi məşq etdiyini bildirib. Jezuşun mətbuat konfransında Ronaldu ilə bağlı açıqlamaları da futbolçunun narazılığını artırıb. Baş məşqçi yaşananları "10, 15 və ya 20 saniyə davam edən məyusluq anı" kimi qiymətləndirib. Bu açıqlamalardan sonra Ronaldu milli komandanın düşərgəsini tərk etmək qərarına gəlib. Ronaldu daha sonra sosial şəbəkələrdə açıqlama yayaraq düşərgəni tərk etməsinin səbəblərini "vaxtı gələndə" açıqlayacağını bildirib. O, bununla belə, Portuqaliya millisindəki karyerasını başa vurduğunu deməyib. Qeyd edək ki, Ronaldu ilə Jezuş arasında baş verənlərlə bağlı tərəflərin görüş keçirdiyi də bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər