Dünya

ABŞ-nin Suriyaya münasibətində yeni dəyişikliklər

30 Sep 2026, 21:12 3 baxış
ABŞ-nin Suriyaya münasibətində yeni dəyişikliklər
ABŞ Dövlət Departamenti Suriyaya hərbi təyinatlı məhsulların tədarükünə qoyulan qadağanı ləğv edib. Oxu.Az xəbər verir ki, bu barədə federal hökumətin rəsmi sənədlər toplusunda dərc olunan bildirişdə deyilir. Xarici siyasət qurumu Suriyanı müdafiə təyinatlı məhsulların tədarükü və bu sahədə xidmətlərin göstərilməsi ilə bağlı lisenziyaların və digər icazələrin verilməsindən imtina siyasətinin tətbiq olunduğu ölkələr siyahısından çıxarıb. Bundan sonra ABŞ hakimiyyəti bu cür lisenziyaların verilməsini mümkün hesab edir. Oktyabrın 1-dən qüvvəyə minəcək dəyişiklik ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Tomas Dinanno tərəfindən təsdiqlənib. Qeyd edək ki, avqust ayında ABŞ Suriyanı terrorizmə sponsorluq edən ölkələr siyahısından çıxarıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər