Cəmiyyət

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

30 Sep 2026, 22:52 2 baxış
Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

"ADEX 2026" sərgisində ROKETSAN şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında "Barbaros" sahil müdafiə sisteminin tədarükünə dair müqavilə imzalanıb.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, şirkətin bəyanatına görə, "Barbaros" sistemi Azərbaycan Silahlı Qüvvələrinin arsenalını zənginləşdirəcək.


ROKETSAN-ın baş direktoru Murat İkinci Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq əlaqələrinin müdafiə sənayesi sahəsində hər gün daha da möhkəmləndiyini və "Barbaros" sisteminin tədarükünün bu münasibətlərə strateji töhfə verəcəyini vurğulayıb.


İkinci ROKETSAN-ın qabaqcıl raket, reaktiv və sursat sistemləri ilə hər zaman Azərbaycan Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamağa hazır olduğunu bildirib. O əlavə edib:


"Öz üstün xüsusiyyətləri sayəsində "Barbaros" Azərbaycan sahil xəttinin yeni strateji müdafiəçisi rolunu oynayacaq".


"Barbaros" sahil müdafiə konsepsiyasına uyğun olan və mobil batareyaya inteqrasiya edilmiş ATMACA və ÇAKIR qanadlı raketləri ilə işləmək qabiliyyətinə malik sistem kimi hazırlanıb. Sistem batareyanın tərkibindəki buraxılış qurğusu və komanda-idarəetmə maşını vasitəsilə tapşırıqları planlaşdırmaq imkanına malikdir. Həmçinin mərkəzləşdirilmiş döyüş idarəetmə sisteminə inteqrasiya oluna bilir.


Yüksək mobilliyə və güclü zərbə potensialına malik ATMACA və ÇAKIR qanadlı raketləri ilə işləyən sistem mobil quruluşu sayəsində dənizdən gələn təhlükələrə çevik reaksiya vermək imkanına malikdir.

Mənbə axar.az

Oxşar Xəbərlər