İdman

Vinisius Junior ÖLDÜRÜLÜB, oxşarı ilə əvəz edilir? - ŞOK İDDİA - FOTO

29 Sep 2026, 17:36 3 baxış
Vinisius Junior ÖLDÜRÜLÜB, oxşarı ilə əvəz edilir? - ŞOK İDDİA - FOTO
Sosial şəbəkədə "Real Madrid" klubunun və Braziliya yığmasının hücumçusu Vinisius Juniorun qaçırılaraq oxşarı ilə əvəz edilməsi barədə səs-küylü sui-qəsd iddiaları sürətlə yayılmaqdadır. Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, konspiroloqlar Braziliya millisinin Avstraliya ilə oyunqabağı toplanışında kameralara tuş gələn futbolçunun əsl Vinisius olmadığına əmindirlər. Braziliyada getdikcə artan ehtimala görə, ulduz futbolçu 2026-cı il dünya çempionatından sonra əvəzlənib. İddia olunur ki, idmançı müəmmalı şəraitdə yoxa çıxıb, onun oxşarı isə sadəcə çoxsaylı reklam müqavilələrinin icrası üçün istifadə edilir. Sosial şəbəkə istifadəçiləri xüsusilə bir məqama diqqət çəkirlər: Braziliya millisində çıxış edən Vinisiusun budlarında "Real"dakı Vinisiusda olan döymələr yoxdur.
Futbolçunun saqqal saxlaması və imicini kəskin şəkildə dəyişməsi də məhz bu əvəzlənmə ilə əlaqələndirilir. Hətta Vinisiusun qaçırılmasında və qətlində MKİ, nüfuzlu Avropa sülaləsi olan Rotşildlər və "elita" günahlandırılır. İdmançının yaxın ətrafı və Madridin "Real" klubu isə bu qəribə müzakirələrə heç bir reaksiya vermir.
Vinisius Junior ÖLDÜRÜLÜB, oxşarı ilə əvəz edilir? - ŞOK İDDİA - FOTO Vinisius Junior ÖLDÜRÜLÜB, oxşarı ilə əvəz edilir? - ŞOK İDDİA - FOTO Vinisius Junior ÖLDÜRÜLÜB, oxşarı ilə əvəz edilir? - ŞOK İDDİA - FOTO Vinisius Junior ÖLDÜRÜLÜB, oxşarı ilə əvəz edilir? - ŞOK İDDİA - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər