Cəmiyyət

Qazaxın azad edilən kəndlərində söküntü işlərinə başlanılır

29 Sep 2026, 19:31 3 baxış
Qazaxın azad edilən kəndlərində söküntü işlərinə başlanılır

İşğaldan azad olunmuş Qazax rayonu Aşağı Əskipara və Bağanıs Ayrım kənd yaşayış məntəqələrində söküntü işlərinə start verilir.


Axar.az-ın Oxu.az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq prosedura start verilib.


Layihədə nəzərdə tutulan işlərin həyata keçirilməsinə 258 min 560 manat xərclənməsi planlaşdırılır.


Xatırladaq ki, hər iki kənd 2024-cü il mayın 24-də Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən nəzarətə götürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər