İdman
"Barselona"nın ulduzu millinin heyətində zədələndi - FOTO
"Barselona"nın futbolçusu Rafinya Braziliya millisinin heyətində zədələnib. Oxu.Az xəbər verir ki, 29 yaşlı hücumçu Avstraliya ilə keçirilən yoldaşlıq oyununda sıradan çıxıb. Rafinya qarşılaşmanın ilk hissəsində sağ bud nahiyəsində narahatlıq hiss edib və fasilədə yerini Endrikə verib. Braziliya Futbol Konfederasiyasının məlumatına görə, futbolçunun sağ ayağında əzələ narahatlığı yaranıb. Onun zədəsinin nə dərəcədə ciddi olduğu isə tibbi müayinələrdən sonra müəyyənləşəcək. Qeyd edək ki, Rafinya cari mövsümdə "Barselona" və Braziliya millisinin heyətində 10 oyunda 15 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə
oxu.az