İdman

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı

29 Sep 2026, 18:18 3 baxış
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı

UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlanıb.


Axar.az verir ki, D Liqasında 2-ci qrupun oyununu Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.


Matçın baş hakimi Kristian Petru Cioçirca olacaq. Ona yan xətdə Maksimilian Veys və Mihael Obritzberger kömək göstərəcək. Dördüncü hakim funksiyasını Safak Barmaksız yerinə yetirəcək.


VAR-da Manuel Şuettengruber, AVAR-da Alexander Harkam olacaq.


Qeyd edək ki, Azərbaycan - Lixtenşteyn oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər