Kriminal

Bakıda kişi həyat yoldaşını qətlə yetirdi

29 Sep 2026, 19:11 2 baxış
Bakıda kişi həyat yoldaşını qətlə yetirdi

Bakıda kişi həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinir.


Axar.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün günorta saatlarında Binəqədi rayonunda baş verib.


42 yaşlı Rafət Ağalarovun həyat yoldaşı 40 yaşlı Esmira Ağalarovanı boğaraq qətlə yetirdiyi bildirilir.


Qətli törətməkdə şübhəli bilinən Rafət Ağalarov saxlanılıb. Hadisənin baş verməsinə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir.


Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər