Digər
İtaliya qoşunlarını İraqdan tamamilə çıxartdı
İtaliya hərbi kontingentinin İraqdan çıxarılmasını tam başa çatdırıb.
Axar.az xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Qvido Krosetto bildirib.
Onun sözlərinə görə, axtarış-xilasetmə işlərində və maddi-texniki təminatın daşınmasında iştirak edən sonuncu italiyalı hərbçilərin sentyabrın 30-da geri qayıtması ilə İtaliya Silahlı Qüvvələrinin İraqdakı iştirakı başa çatır.
Mənbə
axar.az